İtkilərin olması barədə məlumat yalandır - MN 

21:00 02.08.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bəzi sosial şəbəkələrdə Azərbaycan Ordusuna məxsus Ural markalı avtomobilin guya Kəlbəcər istiqamətində Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən minaatanlardan atəşə tutulması və itkilərin olması barədə yayılan məlumat həqiqətə uyğun deyil.

Hafta.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin məlumatında qeyd olunub.

"Bildiririk ki, Azərbaycan Ordusunun bütün texnikası tam tərkibdə yerindədir", - deyə məlumatda bildirilib.

Oxunma sayı 429
Siyasət rubrikasından digər xəbərlər