“ABŞ ağır bədəl ödəyəcək…” - İraqdakı qruplaşma lideri

17:10 19.06.2025 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

İraqdakı radikal dini qruplaşmalar xəbərdarlıq ediblər ki, ABŞ Xameneini məhv etmək cəhdinə görə bədəl ödəyəcək - nə hərbçilərə, nə də diplomatlara mərhəmət olacaq. İranyönlü şiə qruplaşması "Ən-Nücaba"nın lideri Əkrəm Əl-Kəabi ABŞ-a qarşı sərt bəyanatla çıxış edərək, İranın ali dini lideri Əli Xameneiyə qarşı hər hansı bir hücum olacağı təqdirdə sərt cəza alacağı ilə hədələyib.

Hafta.az İsrail mediasına istinadla xəbər verir ki, bu barədə “Aleksey Jeleznov” telegram-kanalı məlumat yayıb.

Əl-Kəabi açıq şəkildə bildirib ki, Xameneinin həyatına ən kiçik bir sui-qəsd cəhdi belə, onun fikrincə, bütün İslam ümmətini əhatə edən genişmiqyaslı cavab kampaniyası üçün bəhanə olacaq. O vurğulayıb ki, belə hərəkətlər olacağı təqdirdə nə hərbçilər, nə də ABŞ diplomatları nəticələrdən qaça bilməyəcəklər.

Əl-Kəabiyə görə, ABŞ-ın bütün birbaşa və dolayı maraqları cavab zərbəsi üçün məqbul hədəflər hesab olunacaq.