Yazını böyüt
Yazını kiçilt
ABŞ Federal Təhqiqatlar Bürosunun (FTB) əməkdaşları Yeni Orleanda (Luiziana) hadisə yerində şübhəli partlayıcı qurğular aşkar ediblər.
Hafta.az xəbər verir ki, bu barədə FTB nümayəndəsi “Fox News”un yayımladığı yerli hakimiyyət orqanlarının mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, istehkamçılar hazırda ərazidə aşkarlanmış əldəqayırma partlayıcı qurğulara bənzəyən əşyalar üzərində yoxlama aparırlar.
Nümayəndə vurğulayıb ki, FTB hadisəni hələ terror hücumu kimi təsnif etməyib.
Yerli hüquq-mühafizə orqanının rəhbəri Enn Kirkpatrik isə bildirib ki, avtomobili insanların üzərinə sürən şəxslə atışma zamanı iki polis əməkdaşı güllə yarası alıb. Onun sözlərinə görə, silahlı şəxs avtomobildən polisə atəş açıb.