Abşeronda 48 yaşlı qadın qətlə yetirilib

23:36 28.04.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Aprelin 28-də saat 22:30 radələrində Abşeron rayonu ərazisində 1976-ci il təvəllüdlü Sevinc Ağayevanın kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən hafta.az-a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən S.Ağayevanın həyat yoldaşı Laçın Ağayev polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma aparılır.