Ağcabədidə yük maşını və qoşqusundakı avtomobillər yanıb

10:23 04.05.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ağcabədidə yük maşını və qoşqusundakı avtomobillər yanıb.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Ağcabədi rayonunun Qaradolaq kəndində “КАМАЗ” markalı yük avtomobilinin qoşqusunda olan istifadəyə yararsız 8 ədəd minik avtomobilinin yanar hissələri yanıb.

Qoşqu yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.