Aleksandr Ata ilə vida mərasimi keçirilir - FOTO

10:06 13.06.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının sabiq arxiyepiskopu Aleksandr İşeinlə vida mərasimi başlayıb.

 

Hafta.az xəbər verir ki, mərasim Rus Pravoslav Kilsəsində keçirilir.

 

Mərasim saat 12:30-a kimi davam edəcək.

 

Qeyd edək ki, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein iyunun 10-da uzun sürən ağır xəstəlikdən sonra dünyasını dəyişib. 

 

Arxiyepiskop Aleksandrın din xadimi kimi səmərəli fəaliyyəti yüksək qiymətləndirilib və o, 2002-ci ildə “Şöhrət” ordeni, 2012-ci ildə “Dostluq” ordeni və 2015-ci ildə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib. ("Report")

  

  

  

Oxunma sayı 154