Alimlər 240 milyon illik "əjdaha"nın tam fosilini tapdılar

10:05 26.02.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Çinin cənubundakı qədim əhəngdaşı yatağında tapılan fosili uzun boyuna görə elm adamları "əjdaha" adlandırırlar. Son Trias dövründən toxunulmaz qalan fosilin 240 milyon il əvvəl yaşamış və ilk dəfə 2003-cü ildə təsvir edilən "Dinocephalosaurus orientalis" tipli sürünənlərə aid olduğu bildirilib.

Hafta.az-ın yazdığına görə, araşdırmanın beynəlxalq qrupunun üzvü Dr. Nik Freyzer yeni kəşflə bağlı açıqlamasında 32 ayrı fəqərəsi olan sürünənlərin "uzun, çevik və əyilə bilən" bir boyuna sahib olduğunu bildirib. Freyzer, boyun elastikliyinin 5 metr uzunluğundakı sürünənlərə sualtı qayalarda ovlamaqda üstünlük verdiyini düşündüklərini qeyd edib.

Üzgəc kimi üzvlərinin fosilin suda yaşayan sürünənlərə aid olduğunu göstərdiyini izah edən Freyzer, "Bu əjdahanın boynu bədəni və quyruğunun birləşdiyindən daha uzundur" deyib.

Freyzer, "çox qəribə bir heyvan" olaraq xarakterizə etdiyi fosilin ilk dəfə tam anatomiyasını görməyin mümkün olduğunu bildirib.

Araşdırma "Earth and Environmental Science: Transactions of the Royal Society of Edinburgh" jurnalında dərc olunub.

Oxunma sayı 170