Rusiyalı müğənni Alla Puqaçova uzun fasilədən sonra gözlənilmədən mahnı oxuyub.
Hafta.az-ın “my.novosti kanalına istinadla verdiyi xəbərdə deyilir ki, sənətçi bu yaxınlarda Kiprdə yaz festivalı təşkil edib. O, qonaqları və ukraynalı musiqiçiləri öz malikanəsinə dəvət edib.
İnternetdə yayımlanan kadrlarda Alla Odessa şansonyesi Feliks Şinder və Xarkov sakininin yanında oturub. Musiqiçilərin özləri müxtəlif kompozisiyalar ifa edərkən bu barədə danışır, həm də “Odessa-mama” deyə qışqırırlar.
Bu arada uzun müddətdir konsert verməyən Alla Puqaçova da ukraynalılarla birlikdə sevilən mahnılarının sətirlərini səsləndirməyə çalışıb və rəqs edib.
Şərhlərdə ulduz ifaçıya iltifat edən bir çox istifadəçi toplanıb. Bununla belə, bəzi ruslar ifaçının Ukraynayönlü mövqeyi ilə bağlı aqressiyalarını saxlaya bilməyiblər.