AMEA işçilərinin sayı 3 dəfə azaldılıb - RƏSMİ

12:44 04.10.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) strukturun təsdiq edilməsindən və say həddinin müəyyən olunmasından irəli gələn vəzifələr həyata keçirilir.

 

Hafta.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli deyib.

 

O bildirib ki, yeni nizamnamənin təsdiq edilməsi üçün ümumi yığıncağın keçirilməsi ilə bağlı hələlik qərar yoxdur.

 

Akademik onu da əlavə edib ki, yeni strukturla işçilərin say həddi əvvəlki əməkdaş sayının 1/3-i qədərdir. Bu balans həmçinin rəyasət heyətinin say tərkibində də eynidir.

Oxunma sayı 1726