Aşqabaddakı səfirlər Sağlamlıq Yolu ilə 36 kilometr piyada yürüdülər

10:25 24.02.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Dünən səhər tezdən Aşqabadda on nəfərdən ibarət səfirlər qrupu soyuq havaya baxmayaraq Sağlamlıq Yolu ilə gəzintiyə çıxıblar.

Hafta.az-ın yazdığına görə, səfirləri ailə üzvləri və Səfirliklərin əməkdaşları müşayiət ediblər.

Bəzi diplomatlar marşrutun 28 kilometrini piyada getdiyi halda, ABŞ səfiri Elizabet Rud, Yaponiya səfiri Hiroşi Sasaki və Pakistan səfiri Ahsan Vahan 36 kilometr uzunluğundakı bütün marşrutu piyada gedə biliblər.

Sağlamlıq yolu Aşqabadın məşhur turistik yerlərindən biridir.

Yol iki hissədən ibarətdir: şimal-qərbdə 8 kilometr, cənub-şərqdə isə 28 kilometr uzanır. Yolun ən hündür və son nöqtəsi dəniz səviyyəsindən 1000 metrdən çox yüksəklikdə yerləşir.