Avtomobildə sıxılı vəziyyətdə qalan şəxs xilas edilib 

13:54 24.09.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112" qaynar telefon xəttinə Bakı şəhərinin Sabunçu rayonunda yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

FHN-dən hafta.az-a bildirilib ki, məlumatla əlaqədar nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Hyundai” markalı yük avtomobili yol kənarında dayanan “Hyundai” markalı minik avtomobilinə çırpılıb və nəticədə 1 nəfər yük avtomobilində sıxılmış vəziyyətdə qalıb.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində deformasiyaya uğramış avtomobildə sıxılı vəziyyətdə qalan 1968-ci il təvəllüdlü Vəliyev Azər İslam oğlu xilas olunub.

Oxunma sayı 66