Axtarışda olan 95 nəfər saxlanıldı

10:38 25.06.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İyunun 24-də ölkə ərazisində qeydə alınan cinayətlərdən 54-nün, eləcə də əvvəlki dövrlərdən bağlı qalan cinayətlərdən 12-nin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən hafta.az-a bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 95, o cümlədən borclu şəxs qismində axtarılan 67 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən iki yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb, beş nəfər isə xəsarət alıb.

 

Narkotiklərlə əlaqəli 39, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 2 fakt müəyyənləşdirilib.

 

Cinayət törətməkdə şübhəli bilinən 55 nəfər saxlanılıb.

Oxunma sayı 115