Azad edilmiş ərazilərdə sahibkarlara hər cür şərait yaradılıb - Elnur Əliyev

16:05 05.10.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Hazırda dünya əhalisinin 55 faizi şəhərlərdə yaşayır. 2050-ci ilə qədər bu rəqəm 70 faizə çatacaq. Dünyada urbanizasiya prosesi davam etdikcə dayanıqlı inkişafa nail olmaq şəhərlərin uğurlu idarə edilməsindən asılı olacaq. Bu baxımdan həm şəhər, həm də kənd əhalisinin həyatını yaxşılaşdırmaq üçün inteqrasiya olunmuş siyasətin yürüdülməsinə ehtiyac var.

Hafta.az-ın yazdığına görə, bu sözləri iqtisadiyyat nazirinin müavini Elnur Əliyev Ağdamda keçirilən Azərbaycan Milli Şəhərsalma Forumunda deyib. O bildirib ki, qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün atılan addımlar nəticəsində şəhərlə kəndlər arasında yaşayış standartlarındakı fərqlər azaldılacaq. Regionların iqtisadi və təbii potensialından səmərəli istifadə ediləcək.

Nazir müavini diqqətə çatdırıb ki, Azərbaycanın uzunmüddətli inklüziv inkişaf modelinə uyğun olaraq işğaldan azad edilmiş ərazilərdə müasir istehsal infrastrukturunun yaradılması, müasir texnologiyaların tətbiqinə yönəlmiş investisiyaların cəlb edilməsi, bölgənin potensialının effektiv reallaşdırılması əsas hədəfdir. İşğaldan azad edilmiş ərazilərdə yaradılan sənaye parklarında bu məqsədlər üçün sahibkarlara hər cür şərait yaradılıb.

Oxunma sayı 1697