Azərbaycan-Ermənistan sərhədində vəziyyət necədir?..

13:51 09.01.2025 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Avropa İttifaqının(Aİ) monitorinq missiyasının patrul qrupları Ermənistan-Azərbaycan sərhədində sakit vəziyyətin qorunub saxlanıldığını və qeyri-adi hərəkətlərin müşahidə olunmadığını bildiriblər.

Hafta.az xəbər verir ki, bu haqda “Hraparak” nəşri Aİ-nin Ermənistandakı missiyasının mətbuat xidmətinə istinadla məlumat yayıb.

Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyi mətbuat xidmətinin 2025-ci il yanvarın 5-i və 6-da  yaydığı məlumatlara görə, həmin tarixlərdə Ermənistan silahlı qüvvələrinin bölmələri günün müxtəlif saatlarında Gorus rayonunun Dığ kəndi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonunun Zabux və Cağazur yaşayış məntəqələri istiqamətindəki mövqelərini atıcı silahlardan atəşə tutub. Lakin Ermənistan Müdafiə Nazirliyi hər iki məlumatı təkzib edib.