Azərbaycan nefti bir dollar ucuzlaşıb 

12:13 22.09.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 21-də 75,16 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,99 dollar/barel azdır.

Bu barədə hafta.az-a ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 74,5 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 69,81 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,16 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 73,19 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,92 dollar/barel azdır.

Oxunma sayı 16