Azərbaycan və İran XİN başçıları GÖRÜŞDÜ

09:00 24.09.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş Assambleyasının 78-ci sessiyası çərçivəsində iştirak edən Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir-Abdullahiyan ilə görüşüb.

Bu barədə hafta.az-a Azərbaycanın Xarici İşlər Nazirliyindən bildirilib.

 

Tərəflər ikitərəfli və son regional hadisələrlə bağlı fikir mübadiləsi aparıblar. Görüşdə Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməniəsilli şəxslərin reinteqrasiya prosesi və qeyri-qanuni erməni qüvvələrinin Azərbaycan tərəfindən tərk-silahı prosesi diqqətə çatdırılıb.

Oxunma sayı 59