Azərbaycan yığması Qırğızıstana məğlub oldu

21:55 09.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyənin İsparta şəhərində təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün ikinci yoxlama oyununa çıxıb.

Hafta.az xəbər verir ki, millimiz Qırğızıstandan olan həmyaşıdları ilə qarşılaşıb.

Matç rəqibin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Azərbaycan (U-21) - Qırğızıstan (U-21) - 1:3
Qollar: Nihad Əhmədzadə, 59-pen. - İ.Yrısbəkov, 37, N.Alişerov, 56, A.İmerov, 84