Azərbaycanda 58 nəfər COVID-19-a yoluxub

17:06 09.12.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 58 yeni yoluxma faktı qeydə alınıb, 45 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan hafta.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 824 749 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 814 444 nəfər müalicə olunaraq sağalıb, 9 984 nəfər vəfat edib, aktiv xəstə sayı 321 nəfərdir.

 

Ölkədə son sutka ərzində 1 348, hazırkı dövrədək isə 7 391 267 test aparılıb.

Oxunma sayı 5361