Azərbaycanda məktəb binası uçdu - FOTO

16:40 07.10.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bərdədə məktəb uçub.

 

Hafta.az xəbər verir ki, hadisə rayonun Mehdili kənd tam orta məktəbində baş verib.

 

Mehdili kənd ərazi nümayəndəsi, Rəhim Kazımov APA-ya bildirib ki, məktəb binası 3 gündür ki, hissə-hissə uçmağa başlayıb. Sonuncu uçqun idman zalında baş verdiyi üçün xəsarət alan olmayıb.

 

200 şagirdin təhsil aldığı 360 yerlik məktəb binasının növbəti ildən tikintisinə başlanacaq.

 

R. Kazımov onu da bildirib ki, şagirdlərin təhsilini davam etdirməsi üçün ən qısa müddətdə sinif otaqları quraşdırılacaq.

Oxunma sayı 175