Azərbaycanın ümumi daxili məhsulu artacaq - BVF

14:10 26.11.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

2025-ci ildə Azərbaycanın ümumi daxili məhsulu 101,246 milyard manat səviyyəsində proqnozlaşdırılır.

 

Hafta.az xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) hesabatına istinadən məlumat verir.

 

Proqnozlara əsasən, 2022-ci ildə Azərbaycanın nominal ÜDM-i 93 milyard manat, 2023-cü ildə 95 milyard manat, 2024-cü ildə 98 milyard manat təşkil edəcək.

 

Fondun qısamüddətli proqnozlarına əsasən isə, 2021-ci ilin yekununda Azərbaycanın ümumi daxili məhsulu 89,5 milyard manata bərabər olacaq.

Oxunma sayı 31