Azərbaycanla BMT arasındakı sazişin müddəti uzadılır 

12:48 22.10.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı arasında FAO-Azərbaycan Tərəfdaşlıq Proqramı haqqında" sazişin qüvvədəolma müddəti uzadılır.

 

Hafta.az-ın xəbərinə görə, 2015-ci il mayın 25-də imzalanmış sazişin qüvvədəolma müddəti tərəflərin saziş üzrə öhdəliklərinin yerinə yetirilməsinin davam etdirilməsi və başa çatdırılması məqsədilə 2021-ci il dekabrın 31-dək uzadılır.

 

Sazişin qüvvədəolma müddətinin uzadılmasına dair protokol Milli Məclisdə müzakirəyə çıxarılacaq.

Oxunma sayı 18