“Aztelekom”un baş direktoru vəzifəsindən ayrıldı

12:43 25.01.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Aztelekom” MMC-nin baş direktoru Klaus Müller tutduğu vəzifəni tərk edib.

 

Hafta.az xəbər verir ki, o, öz təşəbbüsü ilə səhhətində yaranan problemə görə işindən ayrılıb.

 

Qeyd edək ki, 2016-2020-ci illərdə “Azerfon” MMC-nin icraçı direktoru kimi çalışan Klaus Müller, 2021-ci ildə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin əmri ilə “Aztelekom” MMC-nin baş direktoru təyin olunmuşdu.

 

Hazırda bu vəzifənin müvəqqəti icrası “Yüksəliş” müsabiqəsinin iştirakçısı Elçin Niyazova tapşırılıb.

Oxunma sayı 147
Gündəm rubrikasından digər xəbərlər