Azyaşlı qız ticarət mərkəzində itkin düşüb

11:08 10.05.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Gəncədə azyaşlı qız itkin düşüb.

Hafta.az xəbər verir ki, mayın 7-də 1985-ci il təvəllüdlü, Gəncə şəhər sakini Məsimova Günel Məsim qızı müraciət edərək, qızı 03.03.2016-cı il təvəllüdlü Bayramlı Sevinc Samir qızının ticarət üçün getdikləri "Grand Qafqaz" ticarət mərkəzi ərazisində naməlum istiqamətə gedərək itkin düşdüyünü bildirib.

Faktla bağlı Gəncə ŞBPİ-nin 2-ci PŞ-də araşdırma aparılır.