Azyaşlı uşağı ilan sancıb

13:00 09.05.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ağdamda 12 yaşlı uşağı ilan sancıb.

Hafta.az xəbər verir ki, hadisə rayonun Sarıcalı kəndində qeydə alınıb.

Kənd sakini Piriyev Canpolad Xasay oğlu həyətdə oynayarkən ilan onu sol ayağından sancıb. C.Piriyev təcili yardım avtomobili ilə Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Xəstəxanadan verilən məlumata görə, ilkin müayinə olunub və xəstəyə ilan zəhəri əleyhinə zərdab vurulub.

Azyaşlının hazırda həyatına təhlükə yoxdur.