Bakı-Naxçıvan təyyarəsi geri qayıtdı

22:47 30.11.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Əlverişsiz hava şəraiti (güclü duman) səbəbindən, AZAL-ın J2-2251 nömrəli Bakı-Naxçıvan reysini yerinə yetirən hava gəmisinin kapitanı uçuş hava limanına qayıtmağa qərar verib.

 

AZAL-dan hafta.az-a verilən məlumata görə, təyyarə saat 21:37-də Heydər Əliyev Beynəlxalq Aeroportunda eniş edib.

 

Hava şəraiti yaxşılaşdıqdan sonra sərnişinlər Naxçıvana yola düşəcəklər.

 

Qeyd edək ki, bu gün Naxçıvanı bürüyən güclü duman AZAL-ın bu istiqamətdə həyata keçirdiyi reyslərinin gecikməsinə səbəb olub.

Oxunma sayı 135
Gündəm rubrikasından digər xəbərlər