Yazını böyüt
Yazını kiçilt
Taekvondo üzrə dünya çempionatı ilk dəfə Azərbaycanda keçiriləcək.
Hafta.az xəbər verir ki, bununla bağlı qərar Ümumdünya Taekvondo Federasiyasının (WTF) İcraiyyə Komitəsinin iclasında qəbul olunub.
Qərara əsasən, Bakı 2023-cü ildəki nüfuzlu yarışa ev sahibliyi edəcək. Mundialın dəqiq tarixi yaxın vaxtlarda məlum olacaq.
Azərbaycan paytaxtındakı dünya çempionatı WTF-nin yaradılmasının 50-ci ildönümünə təsadüf edəcəyindən xüsusi əhəmiyyət daşıyacaq.