Bakıda marşrut avtobusunda ÖLÜM: Hərəkət dayandı

18:40 17.09.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda avtobusda ölüm hadisəsi baş verib.

Hafta.az lent.az-a istinadla xəbər verir ki, hadisə paytaxtın Nizami rayonu ərazisində qeydə alınıb. Rayon ərazisində hərəkətdə olan marşrut avtobuslarından birində 57 yaşlı sərnişin Əli Abbas oğlu Quliyev qəfildən ölüb. Hadisə nəticəsində avtobusun hərəkət intervalında gecikmə yaranıb.

Ə.Quliyevin ölüm səbəbini müəyyənləşdirməkdən ötrü müvafiq ekspertiza təyin olunub.

Oxunma sayı 5014