Bakıda yenə tıxac var - Siyahı

09:21 24.09.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Paytaxt yollarında nəqliyyatın hərəkətində sıxlıq yaranıb.

 

Bu barədə hafta.az-a Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.

 

Bildirilib ki, Bakının Alı Mustafayev küçəsi - 20 Yanvar dairəsindən Ziya Bünyadov prospekti istiqamətində, Rəşid Behbudov küçəsi - Xəqani küçəsi ilə kəsişmədən Mərkəzi Bankın qarşısına qədər nəqliyyatın hərəkətində sıxlıq var.

 

Eyni zamanda Bakı-Sumqayıt şosesi - şəhər istiqamətində də tıxac yaranıb.

 

Paytaxtın Babək prospekti - Yusif Səfərov küçəsi istiqamətində, Heydər Əliyev prospekti - orta və kənar yol  Atletlər kəndinin qarşısından mərkəz istiqamətində, Koroğlu Rəhimov küçəsi - Həsən Əliyev küçəsi istiqamətində, Üzeyir Hacıbəyli küçəsi - Cavanşir körpüsündə sıxlıq müşahidə edilir.

Oxunma sayı 13