Banqkokda zəlzələ nəticəsində ölənlərin sayı 17-yə çatıb

12:05 30.03.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Taylandın paytaxtı Banqkokda zəlzələ nəticəsində ölənlərin sayı 17-yə çatıb, 32 nəfər yaralanıb, 83 nəfər itkin düşüb.

Bu barədə şəhər administrasiyasından bildiriblər.

Bildirilib ki, ən çox ölənlərin sayı - 9 nəfər Banqkokun şimalında tikilməkdə olan Baş Auditor İdarəsinin binasının uçması zamanı baş verib. Hazırda orada axtarış-xilasetmə əməliyyatı davam etdirilir.

"Thairath" qəzetindən verilən məlumata əsasən, Banqkok meri Çatçat Sittiphan bildirib ki, mühəndislik xidmətləri şəhərdə 723 binaya baxış keçirib və onlardan ikisinin təhlükəli olduğu müəyyən edilib.