Yazını böyüt
Yazını kiçilt
ABŞ prezidenti Co Bayden yanvarın 20-dək Rusiyanın enerji sektoruna qarşı yeni sanksiyalar tətbiq edə bilər. Bu barədə mənbələrə istinadən “The Washington Post” məlumat yayıb.
Nəşr hesab edir ki, bu, Ukraynadakı münaqişənin həlli ilə bağlı Rusiya ilə mümkün danışıqların aparılacağı təqdirdə yeni seçilmiş prezident Donald Trampın gələcək komandasına “daha çox təsir rıçaqları” verəcək.
Mənbələr bildirirlər ki, sanksiyalar Rusiya neftini daşıyan xarici gəmiləri, eləcə də Rusiya neft ixracatçılarını hədəf alacaq.
Ləman