Bərdədə ər arvadını boğaraq öldürdü

09:38 26.07.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İyulun 25-i saat 5 radələrində Bərdə rayon sakini Nərgiz Mustafayevanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

 

Bərdə rayon prokurorluğundan hafta.az-a bildirilib ki, aparılmış ilkin araşdırmalarla zərərçəkmişin əri 1983-cü il təvəllüdlü Aqil Mustafayevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Nərgiz Mustafayevanı əlləri ilə boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyənləşib.

 

Faktla bağlı Bərdə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

 

Aqil Mustafayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Rəsmi məlumata görə, hazırda cinayət işi üzrə istintaq  davam etdirilir.

Oxunma sayı 251