“Beşiktaş” öz meydanında məğlub olub - Çempionlar Liqası

23:12 15.09.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Sentyabrın 15-də futbol üzrə UEFA Çempionlar Liqasının qrup mərhələsinin birinci turun növbəti oyunları keçirilib.

Hafta.az xəbər verir ki, Türkiyənin turnirdəki yeganə təmsilçisi "Beşiktaş" Almaniyanın "Borussiya Dortmund” komandasını qəbul edib.

Görüş qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb. Dortmund təmsilçisinin heyətində Djud Bellinqhen və Erlinq Holanda, meydan sahiblərinin isə Fransisko Montero fərqləniblər.

Gecənin digər erkən başlayan görüşündə Moldovanın “Şerif” klubu öz meydanında Ukraynanın “Şaxtyor Donetsk” komandasını iki cavabsız qolla məğlub edib.

Oxunma sayı 21