Yazını böyüt
Yazını kiçilt
Biləsuvarda yanğın hadisəsi olub.
Hafta.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Biləsuvar rayonunda ümumi sahəsi 63 m² olan ərzaq mağazasına bitişik sahəsi 25 m² olan anbarın dam örtüyünün yanar konstruksiyaları və içərisində olan mallar yanıb. Mağaza yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.