Bill Geytsin qızı molla kəbini kəsdirərək müsəlmana ərə getdi

13:50 18.10.2021 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Dünyanın ən zəngin şəxslərindən olan, "Microsoft"un qurucusu Bill Geytsin (Bill Gates) qızı Cenifer Geyts Vestçesterdəki malikanəsində misirli Nayel Nassarla evlənib.

Hafta.az-ın yazdığına görə, 25 yaşlı Ceniferlə 30 yaşlı Nayelin nikahı İslam ənənələri ilə - molla tərəfindən kəsilib. Məlumata əsasən, Cenifer ərinin müsəlman olduğunu və milli-dini inanclarını nəzərə alaraq molla kəbini kəsdirməyə könüllü razılıq verib. Hətta bir çoxları Ceniferin özünün də İslamı qəbul edərək müsəlman olduğunu söyləməkdədir. 

Cütlüyün kəbin mərasimi cümə günü, ailənin Nyu Yorkun North Salem rayonundakı evinin bağçasında gizli şəkildə reallaşdıırlıb. Molla kəbinindən sonra cütlü evliliklərini rəsmi qaydada da möhkəmləndiriblər. 

Oxunma sayı 747