Bitkoin 20 faizə yaxın ucuzlaşıb 

16:52 04.12.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Dünyanın ən populyar kriptovalyutası olan bitkoin son sutka ərzində 20 faizə yaxın ucuzlaşıb

Hafta.az-ın məlumatına görə, bitkoinin qiyməti gecə saatlarında 42 min dollaradək azalıb.

Son bir neçə saat ərzində kriptovalyuta 47 min dollaradək bahalaşsa da, ötən sutka ilə müqayisədə azalma 17 faiz təşkil edib.

Xatırladaq ki, noyabrın əvvəlində bitkoin ən yüksək həddə çataraq 68 min dolları ötmüşdü.

Oxunma sayı 26