Biz öz işimizi eyni tərkibdə davam edirik - “Azəriqaz”

13:17 20.05.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Aparılan yoxlamadan sonra “Azəriqaz” İstehsalat Birliyi öz işini eyni tərkibdə davam edir.

Hafta.az-ın xəbərinə görə, bunu "Azəriqaz" İstehsalat Birliyinin (İB) Hüquq departamentinin rəhbəri Vüqar Eyvazov "Açıq qapı" aksiyası çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, yoxlama, nəzarət idarəçilikdə tətbiq edilən əsas üsullardan biridir. Zərurət yarandığı təqdirdə və yaxud dövlət qurumları məqsədə uyğun hesab etdiyi halda bütün qurumlar müvafiq qaydada yoxlanılırlar.

“Verilən, maraqlandırılan suallara cavab verildi və biz yenə də fəaliyyətimizə davam edirik, elə eyni tərkibdə. Yəni, bu, qəbul edilən normal təcrübədir. Bundan sonra da belə bir zərurət yaranarsa, təbii ki, müvafiq qaydada sorğular cavablandırılacaq və müvafiq hesabatlar aiddiyyatı üzrə təqdim ediləcək”, - deyə, Vüqar Eyvazov vurğulayıb.

Xatırladaq ki, bir neçə gün əvvəl "Azəriqaz"-ın 4 şöbə müdirinin həbsi barədə məlumat yayılıb.

Oxunma sayı 51