Blinken Türkiyəyə səfər edəcək

12:55 11.12.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

ABŞ Dövlət katibi Antoni Blinkenin dekabrın 13-də Türkiyəyə səfər etməsi gözlənilir.

Hafta.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi açıqlama yayıb.

Bildirilib ki, Antoni Blinken Ankarada Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə görüşəcək.

Görüşdə müzakirə olunacaq əsas məsələlər arasında Suriyada baş verən dövlət çevrilişindən sonra bu ölkədəki son vəziyyətin yer alacağı ehtimal edilir.