BNA 5 ildə bu işləri görüb 

11:39 05.08.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Hərəkət iştirakçılarının təhlükəsizliyini təmin etmək məqsədilə Bakı Nəqliyyat Agentliyi (BNA) 5 il ərzində görülən işləri açıqlayıb.

 

BNA-dan hafta.az-a verilən məlumata görə, nəqliyyat vasitələri üçün 47, piyadalar üçün 22 məntəqədə işıqfor, 116 məntəqədə piyada işıqfor seksiyası quraşdırılıb.

 

Qeyd olunub ki, hazırda BNA tərəfindən idarə olunan 155 ədəd işıqfor və 342 ədəd işıqforlu yol kəsişməsi var.

Oxunma sayı 184