Rusiyanın Bryansk şəhərində işğalçıların radioelektron döyüş sistemlərini modernləşdirən aparıcı rus dizayneri Yevgeni Ritikov öldürülüb.
Hafta.az xəbər verir ki, u barədə "RBK-Ukrayna" Müdafiə Qüvvələrindəki mənbələrə istinadla məlumat yayıb.
Nəşr qeyd edib ki, Ritikov aprelin 17-dən 18-nə keçən gecə öldürülüb. Mənbələrin məlumatına görə, onun avtomobili içəridə olarkən partlayıb.
Jurnalistlər əlavə ediblər ki, Ritikov Bryansk elektromexanika zavodunun konstruktor bürosunun rəhbəri olub. Bu müəssisə Rusiya ordusu üçün ən son elektron mübarizə sistemlərinin yaradılması sektorunda əsas inkişafetdiricidir.
Bundan başqa, mənbələr jurnalistlərlə bölüşüblər ki, Ritikovla birlikdə avtomobildə olan həmkarı da öldürülüb. Ölən ikinci şəxs, ehtimal ki, konstruktor bürosunun rəis müavini və ya onun köməkçisi ola bilər.
Mənbələr əlavə edib ki, məhz Ritikov Rusiyanın "Krasuxa" radioelektron mübarizə sisteminin təkmilləşdirilməsinə cavabdeh olub. O, zərbə, kəşfiyyat və pilotsuz təyyarələrin bort radarlarına qarşı durmaq üçün nəzərdə tutulub.
Xatırladaq ki, bir qədər əvvəl mediada yayılmış məlumata görə, Moskva vilayətinin Balaşixa şəhərində minik avtomobilinin partlaması nəticəsində Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəis müavini, general-leytenant Yaroslav Moskalik də öldürülüb. Rusiya İstuntaq Komitəsi məlumatı rəsmən təsdiqləyib.