Bu ağacın yarpağına toxunan hər kəs özünü öldürür

12:30 27.07.2021 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Avstraliyaya yolu düşənlər yaşıl təbiətin qoynunda ehtiyyatlı olmalıdır - timsahlardan, biton ilənlardan yox, yaşıl rəngi ilə insanı heyran edən bir ağac növündən.

Hafta.az yazır ki, deməli, Avstraliya meşələrində bitən "Gympie-Gympie" adlanan ağac dünyanın ən təhlükəli bitkisi hesab edilir. Səbəb də budur ki, onun yarpaqlarında yandırıcı xüsusiyyətə malik maddə təbiətə məlum bitkilərin heç birində yoxdur. Ona görə də yerlilər adıçəkilən ağacı "İntihar bitkisi" adlandırırlar.

Deyilən görə, adamın bədənində bu bitkiyə toxunduğu anda və ya bir neçə dəqiqə sonra sanki iynələr sancılır kimi dəhşətli dərəcədə ağrılı hislər yaranır. Hətta ağrılar o qədər şiddətlənir ki, belə insanların əksəriyyəti intihar edir - özünü öldürür. Məsələn, bir nəfər meşədəykən bilməyərəkdən bu ağacın yarpağından tualet kağızı olaraq istifadə edir. Nəticəsi gözlənildiyi kimi, bir neçə dəqiqə sonra üstündə gəzdirdiyi ov tüfəngi ilə özünü vurur.

Alimlərin qənaətincə, bu bitkiyə toxunulduğu anda insan bədəninə yayılan zəhərli maddə ən azı 20 il orqanizmdə qalır. Bu bitki o qədər təhlükəlidir ki, Avstraliya meşələrində işləyən ən peşəkar işçilər belə konkret ərazilərdə xüsusi qoruyucu xüsusiyyətləri olan paltarlar geyinirlər. 

Oxunma sayı 853