Bu ilin 8 ayında Aralıq dənizində 2500-dən çox miqrant batıb

09:58 29.09.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) rəsmisi bildirib ki, ilin əvvəlindən bəri 2500-dən çox miqrant Aralıq dənizində Avropaya keçmək istəyərkən həyatını itirib.

Hafta.az-ın AFP-yə istinadən yazdığına görə, bu barədə BMT QAK-ın Nyu-York ofisinin direktoru Rufin Menekdivela məlumat verib. O, Aralıq dənizindəki miqrant böhranına həsr olunmuş təhlükəsizlik şurasının iclasında deyib: “24 sentyabr tarixinə 2023-cü ildə ölən və itkin düşənlər arasında 2500-dən çox insan var. Bu rəqəm 2022-ci ilin eyni dövründə qeydə alınmış 1680 nəfərlə müqayisədə üçdə iki artım deməkdir".