Bu ölkədə Qurban bayramı namazı stadionda qılındı... - FOTO 

20:06 21.07.2021 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

İrlandiya müsəlmanları pandemiya ilə əlaqədar Qurban bayramını Dublindəki “Krouk Park” stadionunda qeyd ediblər və bayram mərasiminə ölkənin ən böyük konfessiya başçıları qatılıb.

Hafta.az xəbər verir ki, bu haqda "BBC News” məlumat yayıb.

Tədbir geniş bir ərazidə sərbəst şəkildə yerləşən və sosial məsafəyə riayət edən 500-ə yaxın mömini bir araya gətirib.

Namazın icrasına İrlandiya Müsəlmanları Barış və İnteqrasiya Şurasının  sədri  Şeyx Ömər əl-Qədri rəhbərlik edib.

İrlandiyanın İdman naziri Cek Çembers tədbirdəki çıxışında ölkənin tolerantlıq və açıqlığa doğru uzun bir yol qət etdiyini, lakin bu istiqamətdə hələ çox işlər görüləcəyini qeyd edib.

Bayram namazına Dublin Katolik və Anglikan arxiyepiskopları və İrlandiyanın baş ravvini də qatılıb. Konfessiya rəhbərləri toplaşanlara müsəlman bayramı münasibətilə təbrik və xoş arzularını çatdırıblar.

Xatırladılır ki,  İrlandiya hökuməti ötən il də müsəlmanların Qurban bayramı üçün ölkənin ən böyük stadionunu ayırıb.

Oxunma sayı 164