Bu şəxslərə birdəfəlik ödəmə verilməsinə başlanıldı

12:34 02.06.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Qarabağda işləyən mütəxəssislərə birdəfəlik ödəmə verilməsinə başlanıb.

 

Hafta.az-ın məlumatına görə, bu barədə bu gün əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov ƏƏSMN tərəfindən 5 il ərzində görülən işlərə dair keçirilən mətbuat konfransında deyib.

 

Həmin ödənişin məbləği 600 manat təyin edilib.

 

Qeyd edək ki, Azərbaycan qanunvericiliyində işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlar və işçilər üçün bir sıra güzəştlər nəzərdə tutulub.

Oxunma sayı 48