“Bütün sahələrdə liderlər gənclərin səsinə qulaq asmalıdırlar” - Prezident

11:00 14.02.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

“Gəncliyin böyük gələcəyimizin əsas halqası olduğunu anlamayan liderin sıralarımızda olmağa haqqı yoxdur”.

Hafta.az-ın yazdığına görə, bunu Özbəkistan Prezidenti Şavkat Mirziyoyev gənclərlə görüşündə bildirib. O, gənclərə müraciət edərək deyib ki, onlarda “bu günün və sabahın Yeni Özbəkistanının yaradıcılarını” görür.

“Gənclər xalqımızın, vətənimizin qızıl fondudur”, - deyən dövlət başçısı ölkə əhalisinin 60 faizini gənclər olduğunu xatırladıb.

“Bu gün qarşımıza böyük məqsədlər, yüksək mərhələlər qoyuruq, çünki biz cəsur və dözümlü xalqımıza, enerjili gənclərimizə inanırıq”, - deyə Şavkat Mirziyoyev əlavə edib.

“Üçüncü İntibahın əsasını qoyacaq yeni Xorəzmi, Biruni, İbn Sina, Mirzə Uluqbeklər, Əlişir Nəvailər haradan gələcək? Bu nəhəng vəzifələri kim yerinə yetirəcək? Təkrar etməkdən yorulmayacağam bu yaxşı ideyaları siz, indiki Yeni Özbəkistanın gəncləri həyata keçirəcəksiniz”, - prezident bildirib.

Dövlət başçısı bildirib ki, gənclər müxtəlif sahələrdə qazandıqları uğurlarla həmyaşıdlarına örnək olurlar. Bu gün Özbəkistandan olan 1500-dən çox tələbə dünyanın ən yaxşı universitetlərində təhsil alır – Bu, Özbəkistan tarixində görünməmiş reallıqdfır.

O xatırladıb ki, Daşkənddəki Prezident Məktəbi bu yaxınlarda Əbu Dabidə Zayed Davamlılıq Mükafatının “Qlobal Orta Məktəblər” kateqoriyasında qalib elan edilib.

“Bu barədə soruşsanız, ilk növbədə cavab verərdim ki, bu, dövlət səviyyəsində gənclərə münasibətin tamam dəyişməsidir. Oğullarımız və qızlarımız gənclər məsələsinin dövlət siyasətinin prioritet istiqamətinə çevrildiyini hiss edir və onlara böyük güc verilir”, - deyə prezident vurğulayıb.

Şavkat Mirziyoyev 5 il əvvəl yaradılmış Gənclər Parlamentinin Qanunvericilik Palatasına (2 nəfər) və yerli Şuralara (250 nəfər) deputat seçilməsini də qeyd edib. O, “Gənclər Parlamentində, gənclər siyasi liderlik, demokratiya məktəbi, parlamentarizm məktəbi necə olmalı olduğunu praktikada gördülər” deyib.