Milyarder Ceff Bezos və Lauren Sançez gələn həftəsonu Kolorado ştatının Aspen şəhərində evlənəcək. Toy xərclərinin 600 milyon dollara çatacağı gözlənilir. Cütlük 2023-cü ilin mayında nişanlanıb. Onlar toydan əvvəl cümə axşamı və cümə günləri Matsuhia adlı lüks suşi restoranında qeyd edəcəklər.
Hafta.az-ın yazdığına görə, Bezos və Sançez qış temalı toylarında qonaqlarına unudulmaz təcrübə yaşatmağı hədəfləyir. Toyda Bill Qeyts, Leonardo Di Kaprio və Kraliça Raniya da daxil olmaqla bir çox məşhur adların iştirak edəcəyi gözlənilir. Cütlük daha əvvəl İtaliyanın Pozitano şəhərində keçirilən nişan mərasimində məşhur adlara ev sahibliyi etmişdi.
60 yaşlı Ceff Bezos və 54 yaşlı Lauren Sançez 2018-ci ildə başlayan münasibətləri ilə tez-tez gündəmdədir. Onların toyu üçün ayırdıqları 600 milyon dollarlıq büdcə böyük müzakirələrə səbəb olub. Son hazırlıqlarını tamamlamaq üçün Bezosun şəxsi təyyarəsi ilə Aspenə enən cütlük dəbdəbəli məkanda toy etməyə hazırlaşır.