Çinin İordaniyadakı səfirliyi və İordaniya Haşimilər Xeyriyyə Təşkilatı (JHCO) Qəzzaya humanitar yardımın göndərilməsi mərasimi keçirib.

Hafta.az-ın yazdığına görə, Çinin indiki humanitar yardımının İordaniyadan Fələstin anklavına quru sərhədindən keçəcəyi bildirilir. Bura 60 min ərzaq bağlaması daxildir və yük lazımi ünvana altı partiyada çatdırılacaq. Yardım Qəzza zolağına çatdıqdan sonra, təxminən 12 min qida bağlaması da daxil olmaqla, ilk partiya sonradan Ümumdünya Ərzaq Proqramı, Fələstin Qızıl Aypara Cəmiyyəti və digər təşkilatlara paylanmaq üçün təhvil veriləcək.

Mərasimdə Çinin İordaniyadakı səfiri Çen Çuandonq bildirib ki, Pekin Fələstin xalqının dostu kimi bir neçə dəfə Qəzzaya humanitar yardım göndərib və bundan sonra da dəstəyini davam etdirəcək.
JHCO-nun baş katibi Hüseyn Şibli öz növbəsində Qəzza əhalisini dəstəklədiyinə görə Çinə təşəkkür edib, anklavda ehtiyacı olanların hamısına yardım göstərmək üçün yaxın gələcəkdə Çinlə gələcək əməkdaşlığa ümid etdiyini bildirib.