Yazını böyüt
Yazını kiçilt
Çinin Şençjen bölgəsində robot polis fəaliyyətə başlayıb. Shenchen Engine AI Robotics Technology Company tərəfindən hazırlanmış, robot polis məmurlarının inzibati idarəetməni təkmilləşdirmək və ictimai xidmətləri yaxşılaşdırmaq üçün istifadə edildiyi deyilir.
Hafta.az-ın yazdığına görə, bir neçə gün öncə Çin telekanalları tərəfindən yayımlanan videolarda bildirilib ki, 1,38 metr hündürlüyündə, polis forması geyinmiş robot patrul xidməti göstərən polis əməkdaşlarına kömək edir, küçələri yoxlayır.
Çin tərəfindən həyata keçirilən bu proqram insanların həyatını daha yaxından izləmək potensialına malikdir.