DİN Tofiq Məmmədovun ölümü ilə bağlı məlumat yaydı 

12:06 20.05.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Mayın 19-da saat 9 radələrində Xızı rayonunun Giləzi qəsəbəsi ərazisində qəsəbə sakinləri S.Eyvazovun idarə etdiyi “VAZ-2121” və R.Hüseynovun idarə etdiyi “Daewoo” markalı avtomobillər toqquşub.

 

Bu barədə Daxili İşlər Nazirliyindən (DİN) hafta.az-a verilən məlumata görə, nəticədə S.Eyvazov idarəetməni itirdiyindən yolun kənarında dayanmış Bakı şəhər sakini Tofiq Məmmədovu vurub.

 

T.Məmmədov hadisə yerində ölüb, hər iki sürücü xəstəxanaya yerləşdirilib.


Xızı Rayon Polis Şöbəsində araşdırma aparılır.

Oxunma sayı 53