Danimarka 2023-cü ildə ABŞ-la imzaladığı sazişdən narahatdır

09:10 21.05.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

2023-cü ildə Danimarka ilə ABŞ arasında imzalanan 10 illik müdafiə sazişi Donald Trampın hakimiyyətə gəlməsi ilə bağlı narahatlıqları artırmağa başlayıb.

Hafta.az-ın yazdığına görə, Danimarkanın baş naziri Mette Frederiksen 2023-cü ilin dekabrında imzaladığı sənədlə bağlı deyib: "Bu müqavilə Amerika əsgərlərinin və hərbi texnikasının Danimarka torpaqlarında daimi yerləşməsini təmin edəcək".

Bununla belə, Danimarkanın bazalarına ABŞ-a “məhdudiyyətsiz” girişin verilməsi indi ölkədə müzakirə mövzusuna çevrilib.

Danimarka iyunun 11-də parlamentdə razılaşmaya səs verəcək. Qüvvəyə minməsi gözlənilən qanun layihəsinin qəbulu ilə Danimarkada cinayət törədən ABŞ əsgərləri Amerika hüquq sistemi çərçivəsində mühakimə olunacaq.

Karup, Skridstrup və Aalborqdakı hava bazaları ABŞ əsgərlərinin üzünə açılacaq. Bu bazalarda yerləşdirilən əsgərlər yaxınlıqdakı Danimarka vətəndaşlarına qarşı güc tətbiq edə biləcəklər.

ABŞ-ın Danimarkada qoşun yerləşdirməksi hərbi texnika saxlaması və təlimlər keçirməsi kimi tədbirlər qanuniləşəcək.

Parlamentin müdafiə komitəsinə məsləhət verən Danimarka İnsan Haqları İnstitutundan Peter Vedel Kessinq, "Qanun layihəsi qəbul olunarsa, Amerika əsgərləri təhlükəsizliyin və nəzarətin təmin edilməsi səbəbi ilə bazalardan kənarda nümayişlərə müdaxilə etmək hüququna malik olacaqlar. Silahlı Amerika əsgərləri nümayişçilərə qarşı həddindən artıq güc tətbiq etsələr, Danimarka onları təqib edə bilməyəcək" deyib.

Müqavilə 10 illik şərtlə imzalansa da, Danimarkanın xarici işlər naziri Lars Løkke Rasmussen keçən həftə ABŞ-ın Qrenlandiyanı ələ keçirməyə çalışacağı təqdirdə geri çəkiləcəklərini açıqlamışdı.

Danimarka Müdafiə Nazirliyinin sözçüsü də “The Guardian”a bildirib ki, ABŞ-ın öz ərazisindəki səlahiyyəti qeyri-məhdud olmayacaq və onun suverenliyini poza bilməz.

Kopenhagen rəhbərliyi Danimarkanın İraq və Əfqanıstanda apardığı müharibələrə dəstək verən ABŞ-ın Norveç, Finlandiya və İsveçlə də analoji müqavilələr imzalamasından rahatlaşıb.

ABŞ-da Co Bayden administrasiyasının dəyişməsi ilə Donald Trampın Danimarkanın ərazisi olan Qrenlandiyanı ələ keçirməsi ilə bağlı bəyanatlarının artması qorxuya səbəb olub. ABŞ-ın yeni prezidenti deyir ki, onlar Qrenlandiyanı ala bilməsələr, “hərbi seçimlərə” əl atacaqlar.