Bu gün futbol üzrə dünya çempionatının qrup mərhələsində II turun daha 4 oyunu keçiriləcək.
Hafta.az xəbər verir ki, günün ilk matçı E qrupunda Yaponiya və Kosta Rika yığmaları arasında olacaq.
Qrupun digər görüşündə mundiala qələbə ilə başlayan İspaniya ilk turda gözlənilmədən yaponiyalılara uduzan Almaniya yığması ilə qarşılaşacaq.
F qrupunda isə Belçika Mərakeşi, Xorvatiya Kanadanı sınağa çəkəcək.
E qrupu
14:00. Yaponiya - Kosta Rika
Baş hakim: Maykl Oliver (İngiltərə)
"Əhməd İbn Əli" stadionu
23:00. İspaniya - Almaniya
Baş hakim: Denni Makkelli (Niderland)
"Əl Bayt" stadionu
Xal durumu: İspaniya - 3, Yaponiya - 3, Almaniya - 0, Kosta Rika - 0
F qrupu
17:00. Belçika - Mərakeş
Baş hakim: Sesar Arturo Ramos (Meksika)
"Al Tumama" stadionu
20:00. Xorvatiya - Kanada
Baş hakim: Andres Matonte (Uruqvay)
"Xəlifə" stadionu